Bir müddət bundan əvvəl internet şəbəkəsində McLaren Automotive şirkətinin hazırladığı yeni superkarın fotoşəkili yayılmışdır. Bağlı təqdimat mərasimində çəkilmiş şəkili Autoweek dərgisi dərc etmişdir.

Fotoşəklin kimin tərəfindən və nə zaman çəkildiyi məlum deyildir. Böyük Britaniyadan olan idman avtomobilləri istehsalçısı 650S modelinin xələfini mart ayında işinə başlayacaq 87-ci Cenevrə avtosalonunda təqdim etmək niyyətidədir.  P14 zavoddaxili indeksinə malik olan avtomobilin McLaren 720S adlandıılacağı ehtimal edilir. 

Superkarın əsasını karbonplastikdən hazırlanmış Monocage II monokoku təşkil edəcəkdir.

Sələfinə nisbətən yeni superkar 18 kiloqram daha az çəkiyə malik olacaqdır.  McLaren 720 S modeli təkmilləşdirilmiş 720 at qüvvəli 3,8-litrlik turbomühərriklə hərəkətə gələcəkdir. Yeni avtomobilin hibrid güc aqreqatını alacağı da istisna edilmir. Yeni superkarın yarış avtomobillərinə xas olan cihazlar paneli ilə təchiz ediləcəyi də bildirilmişdir. Ehtimal edilir ki, trek rejimində panelin bir hissəsi ön paneldə “gizlənərək” sürücünün görmə zonasını artıracaqdır. Panelin qalan hissəsində sürücüyə lazım olan məlumat əks etdiriləcəkdir.