Audi şirkəti model cərgəsini yeni avtomobillərlə ciddi şəkildə genişləndirməyi düşünür. Özü də söhbət indi dəbdə olan ofroder və krossoverlərdən getmir. Auto Express dərgisinin bildirdiyinə görə, alman istehsalçısı Audi A5 Sportback modelinin yığcam variantı olan A3 modelinin dörd qapılı kupe variantını hazırlamaq niyyətindədir.

Lakin, belə bir avtomobil A3 ailəsinin növbəti nəslinin təqdimatından sonra hazırlana bilər. Bu ailəyə 3 və 5 qapılı hetçbek, sedan və dörd qapılı kupe modeli daxil olacaqdır.Yeni avtomobilin 2020-ci ilə qədər təqdim ediləcəyi ehtimal olunur. Əgər bu fakt təsdiqlənərsə, bu avtomobilin Mercedes-Benz CLA modelinin ən güclü rəqibi olacağı məlumdur. Analitiklərin fikrinə görə, A3 ailəsində A3 Sportback modelinin peyda olması yığcam modelin statusunun yüksəldilməsinə xidmət göstərəcəkdir. Ehtimallara görə, A3 modelinin növbəti nəsli MQB modul platformasında yaradılacaqdır.  

Audi A3 Sportback Auto Expess dizaynerlərinin gözü ilə