Populyar Mercedes-Benz Passion Blog saytı internet şəbəkəsində yeni nəsil Mercedes-Benz G-Class ofroderinin xüsusi variantlarının şəkillərini dərc etməyə davam edir. Bu dəfə resurs “bərkgedən” Mercedes-AMG G63 ofroderinin Night Package dəsti ilə təchiz edilmiş modifikasiyasının şəkillərini yayıb.

Mercedes-AMG G63 Night Package çox incə, lakin onu effektiv edən tənzimləmələrə malik olub ki, bu yeniliklər də onu daha arzu olunan edir. “Gecə dəsti” ilə təchiz edilən Mercedes-AMG G63 modeli bir sıra qara rəngli eksteryer elementləri ilə seçilir. Bunlara misal olaraq, ön qanadlardakı tündləşdirilmiş dönmə işıqlarını göstərmək olar ki, bu element adi model üçün təklif edilmir.

Bundan başqa, unikal Obsidian Black rənginə digər tərtibat elementləri də boyanıbdır. Məsələn, arxa qapıda yerləşən ehtiyat təkərinin qapağının haşiyəsi.

Eyni rəngə ön və arxa altlığın müdafiə elementi malikdir. Mercedes-AMG G63 Night Package standart olaraq tünd şüşələrlər və 21-düymlük iki rəngli təkər diskləri ilə də təchiz edilir. Lakin, bununla kifayətlənməyən müştərilər 22-düymlük təkər disklərini də sifariş edə bilərlər. Ofroderin interyerinin şəkili dərc olunmasa da, salonun “gecə” üslubunda tərtib edildiyindən şübhə etmək olmaz.

Xatırladaq ki, Mercedes-AMG G 63 modeli 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbo mühərrik ilə təchiz edilir. 

Image alt Image alt Image alt