Bu günə qədər dünyanın ən bahalı avtomobili titulu, 2018-ci ildə hərracda 70 milyon dollara satılmış 1963-cü ilin Ferrari 250 GTO superkarına məxsus idi. Artıq italyan superkarı bu titulun sahibi deyil - dünyanın ən bahalı avtomobili həmin dövrdən olan, 1955-ci ilin Mercedes-Benz SLR Uhienhaunt Coupe modelinə məxsusdur. Avtomobil özəl şəxsə nə az, nə çox 135 milyon avroya satılıb.

Mercedes-Benz 300 SLR

Bu, hətta xırda seriya ilə belə buraxılayan unikal avtomobildir. 1955-ci ildə Mercedes-Benz iki 300 SLR kupesini inşa edib. Bu, Formula 1 avtomobilinin W196 şassisinə əsaslanan, sıralı 3,0-litrlik səkkizsilindrli mühərriklə təchiz edilmiş və 300 SL (“qağayı qanadı”) seriya modelinin modifikasiya edilmiş kuzovuna almış unikal avtomobildir.

O, növbəti nəsil Mercedes-Benz yarış avtomobillərinin əcdadı olmalı idi. Lakin 1955-ci ildə Le Manda baş vermiş faciədən sonra Mercedes-Benz avtoidmanı tərk etmişdi və layihə istifadəsiz qalmışdı.

Mercedes-Benz 300 SLR

İnşa olunmuş nüsxələrdən biri dərhal firma muzeyinə verilmişdi, ikincisi isə təcrübə şöbəsinin rəhbəri Rudolf Ulenhautun xidməti avtomobilinə çevrilmişdi. Artıq hərraca çıxarılmış unikal avtomobilin kimin şərəfinə adlandırıldığını anlamaq çətin deyil.

Gündəlik istismar üçün superkarı “mülki” buraxılış sistemi ilə təchiz etmişdilər. Avtomobilin səkkizsilinrdli modeli 302 at qüvvəsi hasil edir və 998 kiloqramlıq kupeni 280 km/saata qədər sürətləndirirdi. Ulenhaut avtomobildən müxtəlif yeni detalların sınaqları üçün istifadə edirdi və sonra onu marka muzeyinə təhvil vermişdi. 

Rudolf Ulenhaut

Hər iki kupe bu günə qədər ideal vəziyyətdə gəlib çıxıb, özü də onlar bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənirlər: avtomobillər müxtəlif radiator barmaqlıqları, salonun üzlüyü, benzin çəninin başlığının yerləşməsi və bir sıra müxtəlif xırda detallar ilə seçilirlər.

Hazırda qırmızı dəri ilə üzlənmiş salona malik olan Rudolf Ulenhautun avtomobili satılıb. Bəli, Mercedes-Benz muzey ehtiyatından olan unikal avtomobili satıb! Özü də, bağlı hərrac mayının 5-də RM Sotheby’s hərrac evinin dəstəyi ilə birbaşa Ştutqartdakı muzeydə keçirilib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışdan əldə edilmiş 135 miltyon avronun dünya üzrə universitet və məktəblərəsponsorluq ed’n Mercedes-Benz Fund fonduna köçürüləcəyi bildirilib. Üstəlik, avtomobilin yeni sahibi ilə bağlanmış müqaviləyə əsasən, Mercedes-Benz şirkətinin sorğusu ilə avtomobili kütləvi tədbirlərdə nümayiş etdiriləcəkdir. Superkarın ikinci nüsxəsi alman markasının muzeyində qalır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.