Mercedes-Benz şirkəti, yaxın üç il ərzində buraxılacaq səkkiz yığcam modellərində tətbiq ediləcək dizayn üslubunun yeni istiqamətini nümayiş etdirən Aestetics A adlı heykəli təqdim etmişdir. Bu avtomobillərin sırasına yeni A- və B-Class modelləri, həmçinin CLA, CLA Shooting Brake və GLA modellərinin xələfləri daxildir.

Yeni yığcam “Mercedes” modellərinin əsas dizayn cizgilərindən biri, şaquli milləri olan “Panamericana” adlı iri radiator barmaqlığı olacaqdır. Belə formalı radiator barmaqlığını Mercedes-AMG GT R superkarında və 300 SL Panamericana klassik idman avtomobilində görmək mümkündür. Çox güman ki, radiator klassik avtomobilin şərəfinə belə adlandırılmışdır.

Bundan başqa, avtomobillər uzununa iri çıxıntıları olan “aqressiv kapotla da təchiz ediləcəkdir. Bununla belə, avtomobillərin yan tərəfləri praktiki olaraq “təmiz” qalacaqdırlar. Yəni, dizaynerlər mürəkkəb xəttlərdən imtina etmişdirlər. Yeganə iri xətt radiatordan başlayaraq pəncərələrin altından keçərək arxa fənərlərə qədər uzanan kuzov xətti olacaqdır.

Gələcək yığcam modellərdəb başqa Aesthetics A konsepti yeni A-Class sedanına da işarə edir. Sedan MFA modul platformasında istehsal ediləcək və Audi A3 və BMW 1-Series modellərinin dörd qapılı modifikasiyaları ilə rəqabət aparacaqdır.

Eyni zamanda, bu şassinin bazasında yaradılan ailənin tərkibinə ölçülərinə görə B-Class modelinə yaxın olan krossover də daxil olacaqdır. O, alman istehsalçısının model cərgəsində GLA krossoverindən bir pillə yuxarıda yerləşəcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt