İspan avtomobil istehsalçısı olan Seat şirkəti İbiza modelinin beşinci nəslinin təqdim ediləcəyini bəyan etmişdir. Yeni avtomobilin kütləvi təqdimat mərasimi mart ayında keçiriləcək 87-ci beynəlxalq Cenevrə avtomobil salonunda baş tutacaqdır.

İspan istehsalçısının bestselleri olan Seat İbiza modelinin təqdimat tarixi, bu modelə həsr edilmiş videoçarxda göstərilmişdir.  Qısa videoçarxın sonunda “31 yanvar. Bizimlə qalın” sözləri peyda olur.Hetçbekin  yeni nəsil barədə istehsalçı başqa məlumat  verməmişdir. Buna baxmayaraq, internet şəbəkəsində Seat İbiza modelinin yeni nəsli haqqında müəyyən məluman yayılmışdır.

Ehtimallara görə, avtomobilin əsasını Volkswagen Group’a məxsus olan MQB modul platforması təşkil edəcəkdir. Yeri gəlmişkən, bu arxitekturadan Seat Arona yığcam krossoveririnin yaradılması zamanı da istifadə ediəcəkdir. Çox güman ki, beşinci nəsil Seat İbiza modelinin dizaynı yenilənmiş Seat Leon modelinin üslubunda həll ediləcəkdir.

Seat İbiza modelinin ilk nəslinin istehsalına 1984-cü ildə başlanmışdır.

33 il ərzində istehsalçı bütün dünya üzrə 5,4 milyon ədəd İbiza modeli buraxmış və satmışdır. Bununla belə, ispanlar, hər bir İbiza modelinin Barselonada hazırlandığı və istehsal edildiyi üçün fəxr hissi duyduqlarını bildirmişdirlər.  

Bu gün Seat İbiza modeli dünyanın 85 ölkəsində satılır. İspaniyada istehsal edilən avtomobillərin 80% xaricə ixrac edilir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt