Amerikan Mil-Spec Automotive (MSA) atelyesi Hummer H1 modelinin bazasında inşa edilmiş restomodun altıncı nüsxəsini təqdim edib. Dördqapılı hardtop modifikasiyasının bazasında hazırlanmış ofrouder klirensi avtomatik tənzimləyən pnevmoasqıya, hər iki körpünün ARB Air Locker pnevmatik qapanmasına, təkərlərin avtomatik qoldurulması sisteminə və kuzovun kevlar-poliuretan üzlənməsinə sahib olub. 12 nüsxəlik Launch Edition seriyasından olan avtomobil qara rəngin üç müxtəlif çalarına boyanıb.

MSA #006 modelinin ilham qaynağı   ikiqat pnevmoasqı ilə təchiz edilmiş MSA #002 nömrəli Hummer modeli olub. Yeni ofrouder yol səthi ilə məsafəni avtomatik tənzimləmə funksiyasına malik olan ikinci nəsil pnevmodayaqlar ilə təchiz edilibdir.  

MSA #006 ofrouderi 510 at qüvvəsi və 1355 Nm fırlanma anı hasil edən 6,6-litrlik V8 dizel aqreqatı ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli adaptiv Allison 1000 ötürmə və NV242 paylaşdırıcı qutuları  ilə tandemdə çalışır. Ofrouder 2,56:1 azaldıcı cərgəyə və qapanmalara malik olan təkmilləşdirilmiş orijinal AM General portal körpülərə sahib olub. Əlavə ödənişlə ikisəviyyəli çip-tüninqi də sifariş etmək olar. MSA #006 modeli 97 km/saat həddinə 6,8 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 169 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt