Aston Martin şirkəti markanın ilk krossoverinin silueti təsvir edilmiş tizeri dərc etmişdir. Bununla belə, istehsalçı avtomobil haqqında məlumat verməkdən imtina etmişdir.

Krossoverin istehsalı Aston Martin şirkətinin yeni müəssisəsində təşkil ediləcəkdir.

Bu müəssisə Uelsdəki keçmiş aviabazanın ərazisində yerləşir. Autocar dərgisinin verdiyi xəbərdə bu müəssisədə DB11 kupesinin və Lagonda markası altında daha iki avtomobilin istehsal ediləcəyi bildirilr. Aston Martin markasının ilk krossoverinin carçısı 2015-ci ilin Cenevrə avtosalonunda təqdim edilmişdir. Prototip DBX adı ilə nümayiş etdirilmişdir. Xatırladaq ki, konseptual avtomobil hər bir təkərdə elektromotorun quraşdırılmasını nəzərdə tutan elektrik güc qurğusu ilə təchiz edilmişdir. Güc aqreqatları litium-kükürd batareyalarından qidalanırdılar. Bundan başqa, prototip karbon-saxsı əyləc mexanizmləri ilə də təchiz edilmişdir.

Aston Martin markasının ilk krossoverinin 2019-cu ildə işıq üzü görəcəyi ehtimal edilir.