Audi şirkəti dördüncü nəsil A3 Sportback hetçbekini təqdim edib. Satışların başlanğıcındayeni model üç növ güc qurğusu və 28,9 min avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir. Avropada sifarişlərin qəbuluna mart ayında start veriləcəkdir. Hazır avtomobillər diler salonlarında may ayında peyda olacaqdırlar.

Nəsil dəyişikliyi ilə Audi A3 modeli daha böyük, geniş və ekoloji olub. Hetçbekin təkər bazası (2.64 metr) dəyişməsə də, onun uzunluğu üç santimetr artaraq 4.34 metrə çatıb. Avtomobilin eni də eyni ölçüdə artaraq  1,82 metrə bərabər olub. Hündürlük isə dəyişilməz qalıb - 1.43 metr. Baqaj bölümünün həcmi  oturacaqların vəziyyətindən asılı olaraq 380 - 1200 litr arasında dəyişir.

Avtomobilin qabaritlərinin artması onun iç məkanına da təsir edib. Artıq interyerin üzlənməsində 89% təkrar emal edilmiş xammaldan hazırlanmış xüsusi parçadan istifadə edilir. İnteryerdəki dəyişikliklər arasında  multimedia sisteminin 10,25-düymlük ekranı vardır. Şirkət, multimedia sisteminin 10 dəfə güclü olduğunu, onlarla onlayn servisi dəstəklədiyini və səslə verilən əmrləri daha yaxşı qavradığını bildirir. Bundan əlavə, A3 modeli 12,3-düymlük rəqəmsal cihazlar panelinə və proyeksiya displeyinə sahib olub.

Yeni Audi A3 üçün bir neçə növ asqı sistemi ilə təklif ediləcəkdir. Baza modeli ön tərəfdə McPherson dayağı və arxada torsion dirəyi, daha mütərəqqi versiyalar isə, arxa oxda çoxqollu asqı ilə təchiz ediləcəkdirlər. Bundan başqa, hetçbeki klirensi 10 və ya 15 millimetr (parametrlərdən asılı olaraq) azaltmağa imkan verən adaptiv amortizatorlarla sifariş etmək olarr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlk mərhələdə, yeni A3 Sportback 150 at qüvvəsi hasil edən 1,5-litrlik benzin turbomühərriki, həmçinin 116 və 150 at qüvvəli 2,0-litrlik turbodizel ilə təklif edəcəkdirlər. Benzin modifikasiyası üçün 48 voltluq startyor-generatoru olan hibrid əlavə də təklif ediləcəkdir.

İlkin olaraq, satışa yalnız ön ötürməli avtomobillər çıxacaqdırlar. Sonradan modelin tamötürməli  variantları da təklif ediləcəkdirlər. Eyni zamanda, A3 ailəsində qoşulan hibridlərin və 310 qüvvəsinə malik olan "qaynar" Audi S3 modelinin peyda olması da gözlənilir. Ən sonunda isə, 400 at qüvvəsinə malik olan RS 3 modeli işıq üzü görəcəkdir.