Audi şirkəti ilk dəfə yeni nəsil A8 bayraqdar modelini kütlə qarşısında nümayiş etdirib. “Hörümçək-adam. Evə qayıdış” filminin təqdimatında göstərilən avtomobil kamuflyaja bürünmüş halda olub. Avtomobildə kinoteatrın qarşısına baş rolun ifaçısı Tom Holland gəlmişdir.

Bu günə qədər istehsalçı modelin tizerlərini dərc edərək texniki məlumat ilə bölüşmüşdür.  Avtomobil yeni platformada hazırlanmış və prologue konseptinin üslubunda hazırlanmış dizayna malikdir.  Bayraqdar sedanı köndələn stabilizatorları olmayan pnevmatik asqı ilə təchiz edilir ki, bu stabilizatorları dörd elektomotor əvəzləyir.

Bundan başqa sedan, tam idarələnən şassi, sükan arxasında sürücünün olmasına ehtiyac duymayan avtomatik dayanacaq sisitemi və avtopilot ilə təchiz edilir. Sedan 60 km/saat həddinə qədər sürətlərdə sərbəst şəkildə sürətləmə, əylənə və manevrlər edə bilər.  Bu zaman sürücünün sükanı tutmasına ehtiyac yoxdur.

Sedanın mühərrik çeşidinə altı, səkkiz və on iki silindrli benzin mühərrikləri, həmçinin altı silindrli dizel aqreqatları və hibrid qurğu daxil ediləcəkdir.  Yeni A8 ilə birlikdə Audi 48-voltluq şəbəkəyə malik olan mild hybrid (MHEV) sistemini tətbiq edəcəkdir.

Yeni bayraqdarın rəsmi təqdimat mərasimi 11 iyul tarixində markanın Barselonada keçiriləcək sammitində baş tutacaqdır. Onun kütləvi təqdimatı isə, sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt