Bu gün internet şəbəkəsində yeni BMW 6-Series GT hetçbekinin fotoşəkilləri peyda olmuşdur. Kütləvi təqdimat mərasimi sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda baş tutacaq modelin təsvirləri i.wheelsage saytı tərəfindən dərc edilmişdir

Sonradan sayt şəkilləri silsə də, Carscoops saytının nümayəndələri fotoşəkilləri vaxtında köçürə bilmişdirlər. Yeni avtomobil haqqında məlumatın bu gün təqdim ediləcəyi ehtimal olunsa da, istehsalçı tərəfindən açıqlanma verilməmişdir. Artıq bilindiyi kimi, 6-Series GT modeli cari 5-Series GT modelini əvəz edəcəkdir.

Yeni model CLAR modul platformasında hazırlanmışdır və 251 at qüvvəli 2,0-litrlik dörd silindrli və 340 at qüvvəli 3,0-litrlik altı silindrli mühərriklər, həmçinin hibrid güc aqreqatı ilə təchiz ediləcəyi məlumdur. Bundan əlavə, modelin həm arxadan, həm də tam çəkiş sistemi ilə təchiz ediləcəyi də bildirilmişdir. Yeni platforma ciddi şəkildə çəkiyə qənaət etməyə imkan verməlidir.

Dizayn cəhətdən avtomobil sələfindən müəyyən qədər fərqlənir və daha hamar cizgilərə malik olmuşdur. Eyni zamanda, yeni işıq texnikasını da qeyd etmək lazımdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt