Mercedes komandasının finlandiyalı pilotu Valtteri Bottas dünənki müvəffəqiyyətini davam etdirərək bu günki yarışın qalibi olub. Beləliklə, fin pilot karyerasındakı üçüncü qələbəsini əldə edib.

Yarışın startı sakit tərzdə keçib - ilk onluqda olan pilotlar mövqelərini qoruyub-saxlayıblar. Valtteri yaxşı start alaraq Həmiltonu arxada qoyub. Fin pilot cansıxıcı keçən yarışa inamlı nəzarət edib. Bottasın yeganə pit-stopdan sonra, onun komanda yoldaşı Lyuis Həmilton fin pilota təzyiq göstərməyə cəhd edib. Lakin, bu cəhd elə cəhd olaraq qalıb - Bottas Lyuisə hücum şansı verməyib. Sonradan Valtteriyə yaxınlaşan Həmilton hücum cəhdi belə etməyib.

Məlum olduğu kimi, Bottas Fettel ilə vitse-çempionluq uğrunda mübarizə aparırıdi.

Fin pilot qələbə çalsa da Sebastyan yarışı üçüncü yerdə başa vuraraq 317 xalla vitse-çempionluğu əldən verməyib. Digər tərəfdən Red Bul Racing pilotu Rikkardonun yarışı tərk etməsi Kimi Rəykkonenin pilotlar birinciliyində dördüncü olmasına şərait yaradıb.

Əlbəttə ki, digər bir mübarizəni də yaddan çıxarmaq olmaz. Renault komandası konstruktorlar kubokunda Toro Rosso ilə altıncılıq uğrunda çəkişmə aparırdı. Bu yarışda fransız komandasını uğursuzluqlar təqib edirdi. Əvvəlcə Niko Pereslə mübarizə zamanı trekdən çıxdığı üçün beş saniyəlik cəzaya layiq görüldü.

Onun pit-stopu zamanı mexaniklər sağ arxa təkərin dəyişdirilməsi zamanı səhvə yol verdilər. Bu da azmış kimi, mexaniklər Karlos Saynsın pit-stopu zamanı ön sol təkəri yaxşı bərkitmədilər və nəticədə ispan pilot avtomobilini çəmənlikdə dayandırmalı oldu. Bundan sonra Niko komandanın konstruktorlar kubokunda bir pillə qalxması üçün təkbaşına mübarizə aparmalı idi.

Hülkenberq isə əlindən gələni edərək komanda üçün vacib olan səkkiz xalı qazanmağa müvəffəq oldu və Renault komandası arzuladığı altıncı sıraya yüksəldi. Nikonun ardınca finiş görən pilotlar Serxio Peres, Esteban Okon olub. Fernando Alonso ilə Felipe Massa isə ilk onluğu tamamlayıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt