Məşhur alman şirkəti Hugo Boss Formula 1 çempionatındakı sponsorluq fəaliyyətinə son verərək, Formula E çempionatına keçmək qərarına gəlib.

Dəb sənayesinin liderlərindən olan alman markası 2015-ci ildən Mercedes komandası ilə əməkdaşlıq edir. Bundan öncə, Hugo Boss markası McLaren komandası ilə tərəfdaş olub.

Mark Langer: «Əlbəttə, Formula 1 çempionatların şahıdır, lakin Formula E mütərəqqi və cəlbedici seriya təsiri bağışlayır. Ekoloji texnologiyalar, iri şəhərlərdə keçirilən yarışlar gənclərə daha xoş gəlir və bizim üçün yeni perspektivlər yaradır». Bununla yanaşı, şirkət rəhbəri qərar qəbul edən zaman maliyyə məsələsinin həlledici amil olmadığını da bildirib.

«Formula 1 çempionatında çoxdan iştirak edirik. 1970-ci illərdə, Yohen Massın yarışdığı zamanlar belə növbəti addımımız haqqında fikirləşirdik», - Langer əlavə edib.