Renault-Nissan ittifaqının rəhbəri olan Karlos Qon, Mitsubishi Motors şirkətinin direktorlar şurasına başçılıq edə bilər. Beləliklə, Livan və Braziliya mənşəli fransız, eyni zamanda üç avtomobil istehsalçısına başçılıq edən ilk insan olacaqdır. Bu barədə şəxsi mənbələrinə istinadən Bloomberg agentliyi xəbər vermişdir.

Hal-hazırda Karlos Qon Renault-Nissan ittifaqında başçılıq etsə də, hər bir istehsalçıya ayrılıqda rəhbərlik edir. Bundan başqa, Qon vaxtilə AvtoVaz şirkətinə də başçılıq etmişdir. Bununla belə, nə Mitsubishi Motors şirkəti, nə də farnko-yapon ittifaqı top-menecerin mümkün təyinatı barədə heç bir məlumat verməmişdir.

Xatırlatmaq istərdik ki, Nissan şirkəti bu ilin yazında Mitsubishi Motors şirkətinin ən iri səhmdarlarından birinə çevrilmişdi. Yaponinyanın ən iri ikinci avtomobil istehsalçısı Mitsubishi şirkərinin qiymətli kağızlarının 34 faizini əldə etmək üçün 2,17 milyard dollar xərcləmişdir.

Mitsubihi Motors şirkətinin digər səhmdarları Mitsubishi Heavy İndustries, Mitsubishi Corpotration və The Bank of Tokyo bankıdır. Nissan şirkəti Mitsubishi şirkətinin səhm paketini, sonuncunun rəhbərlərinin kiçik litrajlı avtomobillərin yanacaq sərfiyyatı məlumatlarını saxlatalaşdırdığını etirafından sonra əldə etmişdir. Mitsubishi menecerlərinin etirafından sonra şirkətin səhmlərinin dəyəri 15 faiz uculaşmışdır ki, bu da son 12 il ərzində birdəfəlik ən iri qiymətdəndüşmə olmuşdur.