Bu ay Porsche şirkəti rekordları qeydə almaqla məşğul olub. Əvvəlcə, alman istehsalçısı Porsche Cayenne Turbo S E-Hybrid krossoverinin köməyi ilə İsveçdəki tikintisi başa çatmamış trekin “rekordunu” qeydə alıb. Bu günlərdə isə, Porsche DYM-i ilə təchiz edilmiş avtomobilləri bir kənara qoyaraq, Taycan elektrokarı ilə məşhur Nürburqrinqin “Şimal ilgəyinin” yeni rekorduna imza atıb.

Seriya istehsalına start verilməmiş Porsche markasının ilk elektrokarı “Nordşlyayfe”-nin dördqapılı elektrokarlar üçün yeni rekordunu qeydə alıb. Porsche şirkətinin test pilotu Lars Kernin idarə etdiyi avtomobil treki 7 dəqiqə 42 saniyəyə qət edib. Rekordu qeydə almaq üçün iki elektromotorla təchiz edilmiş 600 at qüvvəli elektrokardan istifadə olunub.

Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, Porsche Taycan modelinin təqdimatı 4 sentyabr tarixində keçiriləcəkdir. Elektrokarın kütləvi debütü isə sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda baş tutacaqdır.