Renault şirkəti rəsmi olaraq Grand Scenic kompaktveninin növbəti nəslini təqdim etmişdir. Yeni avtomobil CMF modul platformasının C/D variantında yığılmışdır. Bu platformadan Megane modelinin sonuncu nəslinin və Kadjar krossoverinin istehsalında istifadə edildiyi məlumdur. Kompaktvenin dəqiq ölçüləri açıqlanmasa da, fransız şirkətinin nümayəndələri yeni avtomobilin 4383 millimetrlik Scenic modelindən 24 santimetr uzun olduğunu bildirmişdirlər. Yeni Renault Grand Scenic kompaktveni beş və yeddi yerlik salonla təklif ediləcəkdir. Birinci halda baqaj bölümünün minimal həcmi 765 litr təşkil edəcəkdir. Əgər ikinci cərgənin oturacaqlarını birinciyə maksimal dərəcədə yaxılaşdırsanız baqaj bölümünün həcmi 922 litrə qədər arta bilər.

Bütün oturacaqların kürək hissəsi, baqaj bölümündə quraşdırılmış düymələrlə və elektrik ötürməsinin köməyi ilə qatlanır. Bu həm ikinci cərgənin, həm də üçüncü cərgənin oturacaqlarına şamil edilir. Bir düyməyə basmaqla bütün oturacaqları eyni anda qatlamaq da mümkündür ki, bu əməliyyat sayəsində hamar döşəmə alınır.

Yeni nəsil Renault Grand Scenic modeli üçün 110, 130 və 160 at qüvvəsi gücü olan üç dizel mühərriki təklif edilir. Benzin mühərriklərə üstünlük verən alıcılar 115 və 130 at qüvvəli benzin iki güc aqreqatından birini seçə bilrələr.

Eyni zamanda, tərkibinə 110 at qüvvəli dizel mühərriki və 48 voltluq batareyadan qidalanan elektromor daxil olan Hybrid Assit qurğusunu da sifariş etmək olar.

Renault Grand Scenic avtomobilinin təchizatına 20-düymlük təkər diskləri, 8,2-düymlük sensorlu ekranı, naviqasiya sistemi və xarici qurğuları biləşdirmək imkanı olan R-Link 2 multimedia sistemi, rəngli poyeksiya displeyi, Bose səs sistemi və ikinci cərgənin sərnişinləri üçün nəzərdə tutlmuş qatlanan masalar daxildir.

Kompaktvenin təhlükəsizlik sistemlərinin və elektron köməkçilərinin siyahısına zolaqlara nəzarət, öndən toqquşmaları önləyən, kor zonalara nəzarət sistemləri, həmçinin adaptiv kruiz-kontrol, arxa görüntü kamerası və parktronik daxil edilmişdir.

Renault Scenic modelinin debütü bu il keçirilən Cenevrə avtosalonunda baş tutmuşdur. Yeni kompaktvenlərin satışları bu ilin sonuna kimi başlanmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt