Borcların idarə olunması və şirkətin satılması üçün xarici idarəetmə tətbiq edilib. Pandemiyaya görə uçuşların dayandırılması şirkəti çətin vəziyyətə salıb. Şirkətin rəhbəri Pol Scurrah bildirib ki, təyin olunanlar Deloitte-nin 4 əməkdaşıdır. O, bildirib ki, məqsəd indiki çətin vəziyyətlə mübarizə aparmaq və gələcəklərini zəmanət altına almaqdır. Avstraliyanın ikinci bir aviaşirkətə ehtiyacının olduğunu və uçuşlara davam etmək istədiklərini də qeyd edib. Təyin edilən yeni idarəçilər təxmini 15000 əməkdaşı olan şirkətin satılması üçün çalışacaqlar. Onlar qətiyyətlə deyiblər ki, planları arasında işçilərin ixtisarı yoxdur.

Xatırladaq ki, şirkət bugünlərdə federal hökumətdən 1.4 milyard dollar kredit istəmiş, lakin rədd cavabı almışdır. Avstraliya hökuməti bu məsələyə qarışmayacağı bildirilib. Buna səbəb kimi isə şirkətin 90%-nin 5 nəfər varlı şəxsə aid olmasıdır. Maliyə naziri isə qeyd edib ki, onlar da ölkədə ən azı 2 aviaşirkətin olmasında maraqlıdırlar və Deloitte əməkdaşlarının bu işin öhdəsindən gələcəklərinə inanırlar.  Virgin Australia bağlanarsa, Qantas ölkədə yeganə aviaşirkət olacaq və bu da bir çoxlarını narahat edir. Ümumi 3.17 milyard dollar borcu olan şirkətin 98 təyyarəsi var