Nissan şirkəti ikinci nəsil Juke modelinə həsr edilmiş son tizeri dərc edib. Qısa çarxda yenidən avtomobilin ön hissəsi əks etdirilib. Tizerdə ikimərtəbəli işıq texnikasını, arxa qapıların gizli dəstəklərini və arxa dayaqların maraqlı forması nümayiş etdirilib.

Yeni nəsil Nissan Juke CMF-8 platformasında inşa edilib və ikinci nəsil Renault Captur krossoverinin yaxın qohumu olacaqdır. Bu o deməkdir ki, krossoverin kapotunun altında 1,0 və 1,3-litrlik benzin turbomühərrikləri və 1,5-litrlik dizel aqreqatı yerləşəcəkdir. Avtomobilin mühərrik çeşidində hibrid güc qurğusunun peyda olacağı da istisna edilmir. Yeni krossoverin təqdimatı 3 sentyabr tarixində keçiriləcəkdir.