Bu gün İnternet şəbəkəsində yeni nəsil Nissan X-Trail krossoverinin sınaq prototipinin şəkilləri peyda olub. Daha az sıx kamuflyaj sayəsində foto casuslar Las Veqas yollarında yeni krossoverin xarici xüsusiyyətlərini aşkar edə bildilər.

Instagram sosial şəbəkəsindəki @Cochespias hesabında yerləşdirilmiş şəkillərə baxsaq, yeni X-Trail krossoverinin bir müddət bundan öncə debüt etmiş yeni nəsil Nissan Juke modelinin üslubunda ikimərtəbəli LED fənərlərə sahib olacağı görünür. Lakin, yığcam krossoverdən fərqli olaraq, X-Trail modelinin radiator barmaqlığının davamı gündüz hərəkət işıqları deyil, dönmə işıqları olacaqdır. Eyni zamanda, kamuflyajın altında yapon markasına xas olan klassik radiator barmaqlığını görmək olar.

Yeni Nissan X-Trail modelinin təqdimatı aprel ayında keçirilməli olan NyuYork avtosalonunabaş Tutmalı idi, lakin koronavirus epidemiyası səbəbindən təqdimat tarixi avqust ayına qədər təxirə salınıb.