BMW M3 modelinin universal kuzovlu versiyası ilk dəfə 2020-ci ilin yayında anons edilmişdi. Keçən ilin payızında isə, şirkət kamuflyajlı prototipin şəkillərini yayımlamışdı. Lakin model üzərində çalışmalar davam edir. İlkin məlumatlara görə, M3 universalının debütü bu ilin yayında baş tutmalıdır. Bir müddət bundan əvvəl BMW şirkəti maraqlı bir videoçarxı yayımlayıb. Bu videoçarxda 2000-ci ildə inşa edilmiş BMW M3 Touring (E46) və gələcək “bəərkgedən” universalın bir hissəsi göstərilir.

İndi isə, İnternet şəbəkəsində “bərkgedən” universalın patent təsvirləri peyda olub. Üstəlik, bu təsvirlər Çindən göndərilib. Dərc edilmiş sənəddə “bərkgedən” universalın  debütünün gecikməsinin səbəbi də aşkar olunub. Sən demə, BMW M3 Touring modeli əvvəlcədən yenilənmiş 3 və 4 Series modellərində tətbiq ediləcək interyerə sahib olacaqdır. M3 universalının interyeri i4 elektrik liftbekindəki kimi olacaqdır. Salonda günəşliyi olmayan iki birləşdirilmiş ekran və iDrive8 mediasistemi quraşdırılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Patent təsvirlərindən göründüyü kimi, M3 Touring universalının ön tərəfi  cari M3 modelindəki kimi olacaqdır. Diffuzoru və buraxılış sisteminin dörd çıxış borusu olan arxa bamper demək olar ki, toxunulmamış qalıb. İlkin məlumata görə, universal yalnız 510 at qüvvəli BMW M3 Competition versiyasında  təklif ediləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.