PSA Qrupunun qanadı altında keçidikdən sonra, qəbul edilmiş PACE! strategiyasına əsasən, Opel şirkəti öz model xəttini elektrikləşdirməyə davam edir. Bu gün alman şirkəti daxili yanma mühərriki olmayan ilk kommersiya avtomobili təqdim edib.

Daxili yanma mühərrikli Vivaro furqonu kimi, Vivaro-e modeli də EMP2 modul platformasında inşa edilib. Eyni zamanda, furqon 136 at qüvvəsi və 260 Nm flrlanma anı hasil edən elektrik mühərriki ilə təchiz olunur. Bəznər mühərrik Opel Corsa-e hetçbekində quraşdırılır. Güc aqreqatı furqonu 130 km/saat həddinə qədər sürətləndirməyə imkan verir. Furqon, minik elektromobildən götürülmüş 50 kilovat-saatlıq batareyanı da əldə edib. Bu batareya sayəsində Vivaro-e modeli WLTP dövrünə əsasən 230 kilometr qət edir. Bundan əlavə, yürüş məsafəsini 100 kilometr artıran 75 kilovat-saatlıq batareya ilə də təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opel şirkəti Vivaro-e modelinin 1275 kiloqram yük götürdüyünü bildirib. Yüngül kommersiya elektrokarlarının ailəsinə uzunluğu 4,6, 4.95 və 5.3 metr olan bir neçə modifikasiya daxildir. Ən tutumlu furqon 6,6 kubmetr yük götürə bilər. Adi versiyalarında olduğu kimi, Vivaro-e modeli də müxtəlif sürücü köməkçiləri, müasir multimedia sistemi və proyeksiya ekranı ilə təchiz ediləcəkdir.

Elektrik furqonuna sifarişlərin qəbuluna bu ilin yayında başlanacaqdır. Avtomobilin satışlarına il ərzində başlanmalıdır. Yeni elektrik furqonu Mercedes-Benz eVito və Nissan e-NV200 kimi modelləri ilə rəqabət aparacaqdır. 2021-ci ildə Opel şirkəti Combo-e modelini satışa çıxaracaqdır.