Pagani şirkəti Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsi üçün yeni avtomobil hazırlayıb. Pagani Huayra BC Roadster adlanan model, çox güman ki, 2016-cı ildə təqdim edilmiş Huayra BC kupesinin açıq versiyası olmalıdır. Pagani Huayra BC Roadster açılan tavana, yüngülləşdirilmiş asqı elementlərinə və daha güclü V12 Mercedes-AMG mühərrikinə sahib olacaqdır.

Adi Pagani Huayra Roadster hiperkarı 2017-ci ildə debüt edib. Markanın banisi olan Horasio Paqani, yeni avtomobilin onun bu günə qədər qatıldığı «ən mühəkkəb layihə» olduğunu bildirib. Huayra Roadster modelinin satış qiyməti 2,28 milyon avro təşkil edib. 

İtalyan şirkəti cəmi 100 ədəd Pagani Huayra Roadster modelinin buraxılacağını bildirib. Rodster üçün kompozit materialların, karbonun və titanın xüsusi qarışığından hazırlanmış yeni monokok hazırlanıb. Yeni monokok sayəsində rodster modeli kupe kuzovlu superkardan 80 kiloqram daha az çəkiyə malikdir.

Pagani Huayra Roadster modelinin çəkisi 1280 kiloqrama bərabərdir.  Eyni zamanda, bütün konstruksiyanın sərtliyi 52% artmış, kuzovun burulmaya qarşı sərtliyi isə yüksəlmişdir. Bununla belə, italyan markasının model xəttində ən yüngül avtomobil 1218 kiloqram çəkiyə malik olan Huayra BC «qaynar» kupesidir. 

Açıq kuzovlu Huayra modeli iki növ tavanla təklif edilir. Bunlardan biri mərkəzi hissəsi süsədən olan sərt tavandır. İkinci variant isə, qatlanmış halda avtomobilin baqaj bölümünə yığışdırılan karbondan karkası olan yumşaq tavandır. Şirkətdən bu variantlardan hər birinin yeyin və asanlıqla avtomobilə quraşdırmaq mümkün olduğunu bildirib.

Pagani Huayra Roadster modeli 6,0-litrlik iki turbokompressorlu V12 mühərriki ilə hərəkətə gəlir. Bu mühərrik 764 at qüvvəsi və 1000 Nm fırlanma anına malikdir. Güc aqreqatı, «qaynar» BC kupesindən alınmış yeddi pilləli robotlaşdırılmış Xtrac ötürmələr qutusu ilə birgə çalışır. Rodsterin dinamik xüsusiyyətləri açıqlanmayıb. 730 at qüvvəli Huayra kupesi 100 km/saat həddini 3,3 saniyəyə toplayır və 370 km/saat maksimal sürətə malikdir.

Bundan başqa, rodster xüsusi olaraq bu modifikasiya üçün hazırlanmış elementləri olan təkmilləşdirilmiş asmanı, 380-millimetrlik diskləri olan yeni Brembo karbon-keramik əyləc mexanizmlərini (öndə altı porşenli, arxada dörd porşenli), beş rejimi olan stabilləşdirmə sistemini, həmçinin öndə 20-düymlük, arxada isə 21-düymlük alüminium diskləri əldə edib.