Nissan şirkəti Paris avtosalonunda yeni nəsil Micra modelini təqdim etmişdir. Yeni model, Avropa bazarında yapon şirkətinin piyadaları tanınması funksiyası olan qəfil əyləcləmə sistemi ilə təchiz edilmiş ilk avtomobilidir.

Bundan başqa, Nissan Micra modelinin avadanlıq siyahısına hərəkət zolaqından kənara çıxmanı önləyən və yol nişanlarını tanıyan sistem, dairəvi görüntü, kor zonalara nəzarət və avtomatik uzaq işıqları sistemləri daxil edilmişdir. Micra gələcəkdə növbəti nəsil Renault Clio modelinin əsasını təşkil edəcək platformada hazırlanmışdır. Hetçbekin qabarit uzunluğu 3995 millimetr, eni - 1742 millimetr, hündürlüyü - 1452 millimetr, təkər bazasının uzunluğu isə 2525 millimetrdir.

Nissan Micra modelinin mühərrik çeşidinə 900 kubluq üç silindirli benzin turbomühərriki və 1,5-litrlik turbodizel daxildir. Hər iki mühərrikin gücü 90 at qüvvəsi təşkil edir. Sonradan mühərrik qammasına 73 at qüvvəsi olan 1,0-litrlik atmosfer güc aqreqatı da daxil ediləcəkdir.

Micra modelinin təchizatına Bose səs sistemi və yeddi düymlük sensorlu ekranı olan və  Apple CarPlay funksiyasını dəstəkləyən multimedia sistemi daxildir. yeni model üçün 10 müxtəlif rəng təklif ediləcəkdir. Avtomobilin istehsalı Fransada təşkil ediləcəkdir. Onun avropa satışlarına 2017-ci ilin martında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt