Növbəti nəsil Porsche 911 sportkarının yeni nəsli Audi avtomobillərində istifadə edilən Virtual Cockpit rəqəmsal cihazlar panelinə bənzər elektron panellə təchiz olunacaq. Bu barədə Autocar dərgisi məlumat yayıb.

Yeni avtomobilin protoipinin cəsus fotoşəkilini əldə etmiş dərgi, həmçinin yeni sportkarın hibrid güc aqreqatı ilə də təchiz ediləcəyini bildirib. Porsche mühəndisləri jurnalistlər ilə söhbət zamanı 911 ailəsi üçün bu növ aqreqatın hazırlanması üzərində işlərin davam etdirildiyini təsdiqləyiblər. Hazırda Cayenne krossoveri və Panamera liftbeki hibrid güc qurğusu ilə təklif olunur. Eyni zamanda, məhdud tirajla buraxılan 918 Spyder modelini də yaddan çıxarmaq olmaz.

Bir müddət bundan əvvəl yeni 911 Carrera modelinin Mission E konseptinin dizayn üslubunda hazırlanmış görkəmə sahib olacağı barədə məlumat yayılmışdır.

Yeni sportkarı cari modelin təkmilləşdirilmiş platformasında istehsal edəcəkdirlər. Avtomobilin konstruksiyasında yüksək möhkəmlikli poladdan və alüminiumdan geniş istifadə edilməsi sayəsində onun çəkisi ciddi şəkildə azaldılacaqdır.

Yeni Porsche 911 modelinin mühərrik qammasına yalnız altı silindrli turbomühərriklər daxil ediləcəkdir. Bu mühərriklər hibrid qurğunu da əsasını təşkil edəcəkdir. Yeni sportkarın 2018-ci ildə işıq üzü görəcəyi bildirilib.