Keçən ilki restaylinqdən sonra Porsche Macan modelinin modifikasiya çeşidindən Turbo versiyası yoxa çıxıb və onu Macan GTS versiyası əvəzləyib. İndi isə, bu ailəyə yeni Macan T krossoveri qoşulub - versiyanın adındakı “T” hərfi Touring kimi açıqlanır və 911 sportkarının 1970-ci illərində buraxılmış “purist” variantlarına işarə edir. İdeya əvvəlkidir: idarəetmə həzzinə xələl gətirmədən avtomobili daha yüngül və əlçatan etmək.

Macan T versiyası 265 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikə, 7-pilləli PDK “robotuna” və PTM tam ötürməsinə malik olan adi Macan modelinin əsasında hazırlanıb.

Aqreqat seçimi ön oxa düşən ağırlıq ilə izah edilir: baza versiyasında ön oxa düşən ağırlıq 2,9-litrlik V6 tvin-turbo mühərriki ilə hərəkətə gələn Macan S modelində olduğundan 60 kiloqram azdır ki, bu da avtomobili əla dinamika və menvr qabiliyyəti ilə təmin edir. Porsche Macan T modeli 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənir və 232 km/saatlıq maksimal sürət həddinə malikdir.

Macan T modelinin standart təchizatına Sport Response düyməsi olan, habelə qaz pedalı və ötürmələr qutusunun reaksiyasını kəskinləşdirən Sport Chrono paketi daxildir. Adaptiv PASM asqısı 15 millimetr azaldılmış klirens, daha sərt stabilizatorlar və arxa ötürməyə yönümlü yenidən tənzimlənmiş transmissiyaya ilə birlikdə quraşdırılır.

Əlavə ödəniş qarşılığında pnevmodayaqları, elektronika tərəfindən idarələnən arxa diffuzoru olan PTV Plus dartma vektoruna nəzarət sistemini, əlavə olaraq 10 millimetr azaldılmış klirensi (dördsilindrli Macan modelləri üçün yeni opsiyadır) sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Macan T modeli üçün 13 kuzov rəngi təklif olunur, lakin “puristik” krossoveri digərlərindən Agata Grey boz metallik rəngində dizayn elementləri sayəsində ayırd etmək mümkündür.İdman oturacaqları Sport-Tex parçası və dəri birləşməsindən üzlüyə malikdirlər. GT sükan çarxının trtibatında Race-Tex mikrofiberi və karbonplastikdən istifadə olunur.  Hava ionizatoru isə opsiyadır. Porsche Macan T krossoverinə sifarişlər artıq qəbul edilirlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.