Porsche şirkəti Taycan modeli ətrafında olan ehtirasların sönməməsini təmin etmək üçün tizer kampaniyasına davam edir. Bir neçə gün bundan öncə, alman istehsalçısı ilk elektrokarının interyerinin bir hissəsinin şəklini dərc etmişdi. Bu gün isə, Porsche elektrokarın interyeri üzərindəki sirr pərdəsini tamamilə götürərək, Taycan modelinin avadanlıqları barədə məlumat verib. Marka nümayəndələri salonu «rəqəmsal emala məruz qalmış klassika» adlandırıblar.

Porsche Taycan istifadə edilən gücü əks etdirən 16,8-düymlük qövsvari cihazlar panelinə sahib olub.Qeyd etmək lazımdır ki, bu ekranın kənar hissələri sensorludur - orada işıqların yandırılması və hərəkət rejimlərinin seçilməsi düymələri yerləşir. Bundan başqa, ön panelin mərkəzində multimedia sisteminin 10,9-düymlük displeyi yerləşdirilib. Avtomobil sahibi bu ekranın kifayət etmədiyi hesab edərsə, əlavə ödənişlə ön sərnişin üçün eyni ölçülü ayrıca displey sifariş edə bilər.

Daha bir 8,4-düymlük displey mərkəzi konsolda yerləşdirilib. Bu displeyin köməkliyi ilə, havalandırma sistemini idarə etmək olar. Porsche mütəxəssisləri arxa sərnişinləri də unutmayıblar - əlavə ödəniş qarşılığında onlar 5,9-düymlük displeylə təmin edilirlər. Əlbəttə ki, iTunes Store kitabxanasına girişi olan multimedia sisteminə malik olan avtomobildə çoxsaylı displeylərin olması qəribə görünməməlidir.

Porsche Taycan modeli son trendə uyğun olaraq, «Hey, Porsche» çağırışı ilə aktivləşən ağıllı səs yardımçısı ilə təchiz edilir. Bundan başqa, elektrokarın salonunun zeytun ağacının yarpaqlarından hazırlanmış ekodəri ilə də üzləmək olar. Eyni zamanda, tam sintetik material olan Race-Tex materialı da əlçatandır.