Porsche Tequipment Performance bölməsi yüksək sürətlərdə istifadə etmək nəzərdə tutulmuş və optimallaşdırılmış aerodinamikaya malik olan dam baqajını təqdim edib.

Marka aksessuarlarını hazırlayan Porsche Tequipment Performance bölməsinin hazırladığı dam qutusu aerodinamik boruda sınaqdan keçirilmiş, daha sonra isə, taycan modelinin damına bağlanan baqaj sınaq poliqonunda bir neçə min kilometrlik məsafə qət etmişdir. Nəticədə, dam baqajının forması xüsusilə yüksək sürətlə hərəkət üçün optimallaşdırılmıdır. Porsche nümayəndələri damda qutu quraşdırılmış avtomobil ilə 200 km/saata qədər sürətlənməyin mümkün olduğunu iddia edirlər. Məsələn, Mercedes-AMG markasının baqaj qutusu yalnız 130 km/saat həddinə davam gətirə bilər. Dam qutusu damla formasındadır. Qutu gümüş rəngli Porsche loqotipi olan, yuxarıya doğru qaldırılmış arxa hissəyə malikdir.

Yan “qanadlar” qara High-Gloss Black, gümüşü Dolomite Silver Metallic, ağ Carrara White Metallic və ya boz Volcano Grey Metallic çalarına rənglənə bilər və ya ümumiyyətlə lak-boya örtüyü olmadan sifariş edilə bilər. Sonuncu halda, avtomobilin sahibi astarla örtülmüş qutunu istədiyi şəkildə rəngləyə bilər. Məsələn, sahibi olduğu Taycan modelinin kuzovu ilə eyni rəngdə.

Qutu dam reylinqlərinin köməyi ilə standart bərkitmələrdə quraşdırılır və hər iki tərəfdən də açıla bilər. Qutunun həcmi 480 litrdir - bu, beş cüt xizək və ya üç snoubord üçün kifayətdir. Qutu 75 kiloqrama qədər yükləri götürə bilər və qiyməti 1150 avrodur.