Ram şirkəti gələcək elektrik pikaplarının yaradılmasında iştirak etmək istəyən müştərilər üçün insyader proqramını işə salıb. Proqram Ram Revolution adlandırıb. Anons ilə birlikdə rəsmi sayt da açılıb. Amerikan istehsalçısı entuziastlar ilə görüşlər seriyasını keçirməyi planlaşdırır: Ram nümayəndələri Ram Real Talk Tour tədbiri çərçivəsində gələcək alıcılar ilə daha sıx əlaqə qurmaq və onların batareyalı modellərdən nə istədiyini aydınlaşdırmaq niyyətindədirlər.

Paralel olaraq RamRevolution.com saytında bu və ya digər yolla layihənin inkişafı ilə bağlı olan kontent yerləşdiriləcəkdir. İlkin olaraq, saytda Spark “Qığılcım”) adlı videoçarx-manifst və Ram 1500 BEV elektrik pikapının iki yeni tizeri dərc edilib.

Xatırladaq ki, Ram 1500 BEV elektrik pikapının təqdimatı 2024-cü ildə baş tutmalıdır. Adındakı indeksə baxmayaraq, elektrik pikapının indiki daxili yanma mühərrikli Ram pikapı ilə bağlı olmayacaq və dizayn cəhətdən ondan ciddi şəkildə fərqlənəcəkdir. Söhbət rama konstruksiyasından, lakin Stellantis ittifaqının prinsipcə yeni STLA Frame platformasından gedir. Bu platforma 159-200 kilovat-saatlıq batareyaların quraşdırılmasına hesablanıb, ən uzunmənzilli variant cərəyan yükləmədən 800 kilometr məsafə qət edə biləcəkdir.

Ram 1500 BEV modeli amerikan bazarında Ford F-150 Lightning, Chevrolet Silverado EV, Rivian R1T və GMC Hummer EV pikapları ilə rəqabət aparacaqdır. Eyni zamanda, Ram pikapı bazara əsas rəqiblərdən sonra da çıxa bilər: təqdimat zamanı söhbət 2024-cü ildən gedirdi. 2025-ci ilə qədər Ram modellərinin əksəriyyətinin elektrikləşdirilmiş versiyaları debüt etməlidirlər, növbəti beş ildə isə, ümumiyyətlə model xətti tamamilə elektrikləşməlidir.

Bununla belə, bu hal Ram Trucks şirkətinin baş direktoru Mark Kovalı heç də narahat etmir: onun sözlərinə görə, brend elektrik pikapının yaradılmasında rəqiblərin açdığı cığırla ilə deyil, öz yolu ilə getməyə üstünlük verir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.