Səkkizinci nəsil VW Golf modelinin təqdimat tarixi və məkanı açıqlanıb. Yeni model 24 oktyabr tarixində Canavarabadda (Volfsburq) təqdim ediləcək.

Yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli «robot» ilə təchiz ediləcəkdirlər.