Hazırda Skoda şirkətinin dizaynerləri yaxın zamanda təqdim ediləcək yeni firma dizayn üslubunun üzərində işləyirlər. Yeni dizayn ülubunu alacaq ilk modellərdən biri yeddiyerli miniven olacaqdır. Gələcək seriya miniveni ilkin olaraq Vision 7S Concept konsepti kimi nümayiş etdiriləcəkdir.

Yeni minivenin dərc olunmuş yeganə tizerindən göründüyü kimi, onun ən maraqlı cəhətlərindən biri ön oturacaqları ayıran və arxa divana qədər uzanan mərkəzi konsolda quraşdırılmış uşaq kreslosudur. Ön oturacaqların arxasında, multimedia cihazlarının və çantaların asılması üçün qarmaqlar da nəzərdə tutulub.

Salonun iki konfiqurasiyası nəzərdə tutulub: “drayver” və dincəlmək üçün. Birinci halda idarəetmə orqanları ideal vəziyyətdə öz yerlərində, mərkəzi ekran isə, şaquli vəziyyətdədir. İkinci halda - sükan çarxı və ön panel irəli çəkilir, ön oturacaqlar isə, əksinə, rahat əyləşməni təmin etmək üçün geriyə doğru çəkilərək geniş məkan yaradırlar.

Skoda şirkətindən yeni dizayn üslubunun minimalist və funksional olduğunu, habelə brendin ənənəvi dəyərlərinə əsaslandığını bildiriblər. Vision 7S Concept prototipinin güc qurğusu barədə məlumat verilməyib - yeganə məlum olan fakt onun elektrikli olmasıdır. Konseptin təqdimat tarixi də açıqlanmayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.