Bu günlərdə işinə başlamış Monreal avtosalonunda Subaru şirkəti rəsmi olaraq Crosstrek concept adlı konseptual ofroderi təqdim etmişdir. Əslində yeni konsepti o qədər də yeni adlandırmaq olmaz - bu 2016-cı ildə nümayiş etdirilmiş XV concept prototipinin yenilənmiş və adını dəyişdirmiş variantıdır.

Subaru nümayəndələrinin qeyd etdiyi kimi, Subaru Crosstrek concept istehsalçının dizayn və təhlükəsizlik sahələrində əldə etdiyi nailiyyətləri göstərmək üçün hazırlanmışdır.

Eyni zamanda yaponlar, Şimali Amerika bazarının onlar üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, konsepti ilk olaraq Monrealda göstərmək qərarına gəldiklərini bildirmişdirlər. Subaru Crosstrek concept prototipi «həm sərnişinlərin, həm də piyadaların təhlükəsizlik səviyyəsini yüksəldən» qlobal platformada yığılmışdır. Öz növbəsində yaponların iddiasına görə, prototipin dizaynı «enerjini saçır və məzmunlu formaya malikdir». Subaru XV concept modeli ilə müqayisədə avtomobil təkmilləşdirilmiş işıq texnikasını və kapotun daha alçaq xəttini əldə etmişdir.

Ümumilikdə, konseptin kuzovu daha dinamik xəttlərə malik olmuşdur. 

Subaru Crosstrek konseptinin qabarit uzunluğu 4520 millimetr, eni - 1920 millimetr, hündürlüyü - 1570 millimetr, təkər bazasının uzunluğu isə 2670 millimetr təşkil edir. Prititip 19-düymlük təkər disklərini və kuzovun əlavə müdafiə qurşağını əldə etmişdir. Yapon istehsalçısı prototipin «bu layihənin seriya variantında müştərilərinə təqdim edəcəyi həzz hissini və sakitliyi aşıladığını» bildirmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt