Tayvan hakimiyyət orqanları Lamborghini Murcielago SV avtomobilinin məhv edilməsinin kütləvi nümayişini təşkil etmişdirlər. Avtomobil dəfələrlə yerli qanunları pozmuş sahibindən müsadirə edilmişdir. Superkarın məhv edilməsi görüntüləri olan videoçarx YouTube kanalında yayımlanmışdır.

Superkarın acı taleyinin tarixi 2013-cü ildən başlayır. O zaman yerli pilos avtomobili sənədlərin yoxlanılması məqsədi ilə saxlamışdır. Bu zaman Lamborghini avtomobilinin üzərində olan dövlət nömrə nişanının Ford avtomobilinə aid olduğu aşkar edilmişdir. Tayvan qanunlarına uyğun olaraq supercar müsadirə edilmişdir. Yerli avişirkətlərinin birində pilot olan superkarın Lin adlı sahibi appelyasiya ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun şikayətləri rədd edilmişdir. Üç il anbarda saxlanılan avtomobilin nümayişkarə məhv edilməsi dünən, 14 dekabr tarixində həyata keçirilmiş və yerli televiziya kanalları ilə yayımlanmışdır. Avtomobil kiçik hissələrə parçalandığına görə onun detallarının satılması da mümkün olmayacaqdır. Yerli hakimiyyətin fikrincə bu hadisə qayda pozanlara dərc olmalıdır.

Öz tərəfimdən  bildirmək istərdim ki, bu qərarı qəbul etmiş məmurların ağıl-dərrakəsinin yerində olması məndə şübhə doğurur. Ən azından avtomobili parçalamaqdansa onu hərracda sataraq əldə edilən vəsaiti xeyriyyə məqsədinə yönəltmək olardı.