Volkswagen şirkəti yenilənmiş Arteon modelini təqdim edib. Liftbek ilə birlikdə Shooting Brake kuzovlu versiya da debüt edib. Avropa, ABŞ və Çin bazarlarında satılan Arteon modeli sələfi Passat CC qədər uğurlu olmayıb. Buna görə də, şirkət tərəfindən modelin planlaşdırılan yenilənmə prosesi zamanı modifikasiya çeşidinin ciddi şəkildə genişləndirmək qərarına gəlib: modifikasiya çeşidində universal, hibrid və "bərkgedən" Arteon R modifikasiyaları peyda olublar.

Eksteryer cəhətdən Arteon modeli demək olar ki, dəyşilməz qalıb. Buna baxmayaraq, bəzi detallar yenilənmiş avtomobili əvvəlki ilə qarışdırmağa imkan verməyəcəkdirlər. Modelin baza versiyası cüzi şəkildə dəyişib: yenilənmiş avtomobil yeni bamperləri, arxa fənərləri və baqaj qapağına həkk edilən yeni şriftli Arteon sözünü əldə edib.

R-Line paketi ilə təchiz edilmiş versiya isə, daha nəzərə çarpacaq dərəcədə yenilənib: səsboğucu sistemi çıxış borularının dekorativ işləmələri indi daha qabarıq olub və ikiyə bölünür. Barmaqlıqda kuzovun eni boyu uzanan yeganə LED zolaq effektini yaradan gündüz hərəkət işıqlarınin iki əlavə bölməsi peyda olub. Əlavə ödənişlə, belə optika standart versiyada da quraşdırıla bilər.

Volkswagen Arteon Shooting Brake universalı ölçülərinə görə adi liftbekdən demək olar ki, fərqlənmir, praktiklik baxımından da onu çox üstələmir: 563 litrə qalşı 565 litr. Arxa divan qatlandıqda, baqaj bölməsinin həcmi 1632 litrə qədər artır. Şirkətdən bildirilənə görə, bu halda universalın üstünlüyü üstünlüyü 75 litrə qədər artır.

Salondakı dəyişikliklər daha ciddi xarakter daşıyır. Əvvəllər Arteon modelinin tərtibatı Passat ilə demək olar ki, eyni idi. İndi, flaqman modeli fərqli ön panelə və bahalı tərtibat materialları ilə seçilir.. Dizaynerlər ön panelin mərkəzindəki saatdan və deflektorların vahid zolağından imtina ediblər. Salonda yeni sükan çarxı quraşdırılmış, mediasistemin ekranının üstündəki düymələr bloku yoxa çıxmışdır. Yenilikləri əvvəllər yalnız Çində satılan Volkswagen modellərində quraşdırılan klimat-kontrolun sensorlu bloku tamamlayır.

Salonda baş vermiş digər yeniliklərə otuz rəngdə palitrası olan LED ətraf işıqlandırmasını, 700 vatt gücündə olan opsional Harman/Kardon səs sistemini aid etmək olar. 8.0 və ya 9.2 düymlük sensorlu ekranı olan yenilənmiş mediasistem indi Apple CarPlay və Android Auto tətbiqlərini simsiz olaraq dəstəkləyir. 10,25-düymlük virtual cihazlar panelinin qrafikası yenilənmişdir.

Avropa təklif edilən modellərin mühərriklərin çeşidi190-280 at qüvvəsi arasında gücə malik olan 2.0 TSI benzin turbomühərrikindən, həmçinin150 və 200 at qüvvəsi 2.0 TDI dizel mühərrikindən ibarətdir. 

Ətraf mühitə atılan zərərli tullantıların səviyyəsini azaltmaq məqsədi ilə dizel mühərriklərində modernləşdirilmiş SCR neytrallaşdırma sistemləri və AdBlue məhlulunun çilənməsi tətbiq edilmişdir: mühəndislər azot oksidinin tullantılarının 80% azaldığını bildirirlər.

150 at qüvvəli baza mühərriki ilə təchiz edilmiş avtomobillər altı pilləli mexaniki ötürmələr qutusu ilə, digər versiyalar isə, əvvəlki kimi, yeddi pilləli DSG "robotu" ilə təchiz olunurlar. 4Motion tam ötürmə sistemi - opsiyadır.

Yeni təkrar doldurulan Volkswagen Arteon eHybrid modeli güc qurğusunu Passat GTE modelindən götürüb: 1.4 TSI turbomühərrikdən (156 at qüvvəsi) elektrik mühərrikdən (115 at gücündə) və altı pilləli DSG "robotundan" ibarət olan hibrid qurğunun ümumi hasilatı  218 at qüvvəsi təşkil edir. Ötürmə - ön oxadır.

Sırf elektrik ötürməsi ilə Arteon eHybrid modeli 53 kilometr (WLTP) məsafə qət edə bilər. Elektrik rejimində maksimal sürət 140 km/saat həddində məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çoxsaylı təhlükəsizlik sistemlərinin siyahısına opsional Travel Assist kvaziavtopilot sistemi əlavə edilib. Bu sistem, 210 km/saat həddinə qədər sürətlərdə çalışır və yol nişçanlarını tanıyan, avtomobili zolaqda saxlayan, sərbəst şəkildə əyləcləməni həyata keçirən və tam dayandıqdan sonra yenidən sürətlənə bilən adaptiv kruiz-kontroldan ibarətdir. Avtopilot təmir gedən yollarda da istiqamətləndirməni həyata keçirə bilir. Arxa görüntü kamerasının maksimal baxış bucağının 90-dan 170 dərəcəyə qaldırılması da sürücünün işini asanlaşdıracaqdır.

Avropada yenilənmiş liftbek və universalların satışlarına payızda başlanacaqdır. Qiymətlər yaxın aylarda  açıqlanacaqdırlar.