Williams komandası ikinci pilotla bağlı elanı acı bağırsaq kimi uzatmağa davam edir. BBC-nin xəbər verdiyinə görə, ingilis komandası Sergey Sirotkinlə müqavilə bağlanmağa çox yaxındır.

İlkin olaraq Felipe Massadan boşalan oturacağa əsas namizədin Robert Kubisa olduğu hesab edilirdi.

Lakin, Əbu-Dabidə keçirilən testlər zamanı polşalı rusiyalı pilotdan yavaş olub. BBC-nin məlumatına görə, rəsmi bəyanatın on gündən sonra ediləcəyini bildirib, çünki komandaya müqavilənin detallarını razılaşdırmağa vaxt gərəkdir.

Qalan komandalar isə 2018-ci il mövsümü üçün pilot heyətini təsdiq ediblər.