Bu günlərdə İnternet şəbəkəsində yeni nəsil Mini Cooper SE hetçbekinin ilk rəsmi şəkilləri peyda olub. Görüntülərdə hetçbekin elektrik versiyası nümayiş olunur, lakin benzin versiyaları da çeşiddə qalacaqlar. Yeni Mini, 2013-cü ildə debüt etmiş UKL platformasına əsaslanan hazırkı avtomobilin modernləşdirilməsinin nəticəsidir.

Image alt Image alt Image alt Image alt

Ön kuzov çıxışı qısaldılıb, işıqlandırma texnologiyası dəyişdirilib, dekor azaldılıb, həmçinin avtomobilin tamamilə yeni interyerə sahib olacağı bildirlib. Bununla belə, şassi və kuzovun konstruksiyası qorunub saxlanılıb. Modelin tam ölçülü təqdimatı may ayında baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.