Porsche şirkəti, sedan adlandırdığı Panamera hetçbekinin ikinci nəslinin seriya istehsalına başlandığını elan etmişdir. Avtomobilin yığılması prosesi alman markasının Leypsiqdəki zavodunda aparılır. Xatırladaq ki, Panamera modelinin ilk nəsli 2009-cu ildə işıq üzü görmüşdür. O zamanlar avtomobilin kuzovunu Volkswagen şirkətinin Hannoverdəki müəssisəndə qaynaq edərək Leypsiqdəki zavoda göndərirdilər ki, avtomobillərin tam yığılması prosesi burada həyata keçirilirdi.

Hal-hazırda bütün istehsalat dövrü Leypsiqdəki zavodda həyata keçirilir. Porsche şirkətinin rəsmiləri Leypsiqdəki zavodun genişləndirilməsinin sayca dördüncü olduğunu bildirirlər. 2017-ci ilin Porsche Panamera modelinin istehsalının təşkil edilməsi məqsədi ilə, son iki müddətində zavod ciddi şəkildə təkmilləşdirilmələrə məruz qalmışdır.

Zavodun ərazisində ümumi sahəsi 56000 kvadrat metr olan yeni kuzov sexi yaradılmışdır. Zavodun genişləndirilməsi əlavə 600 iş yerinin açılmasına səbəb olmuşdur. Porsche şirkətinin Leypsiqdəki zavoda ümumi sərmayə qoyuluşu 1,3 milyard avro təşkil etmişdir. Hər şeydən əlavə, Leypsiqdəki zavod  dünyada ekeloji cəhətdən ən təmiz müəssisələrdən biri hesab oluna bilər. 

Müassisənin yaxınlığına yerləşən fotovoltik stansiya zavodu il ərzində 800000 kVt/saatlıq enerji ilə təmin edir. Robotlaşdırılmış qaynaq maşınlarının qısqaclarının mütərəqqi soyudulması sistemi elektrik enerjisindən istifadəni 365000 kVt/saat azaltmağa imkan verir. Bundan əlavə, boyama sexində istifadə edilən toz filtrləri, ənənəvi su ilə təmizləmə sistemlərinə nisbətən 60% daha çox elektrik enerjisinə qənaət etməyə imkan verir.

Xatırladaq ki, ikinci nəsl Porsche Panamera modelinin rəsmi təqdimat mərasimi iki gün bundan öncə Berlində keçirilmişdir. Yeni Panamera modelinin Azərbaycandakı təqdimat mərasiminin bu ilin noyabr ayında keçiriləcəyi gözlənilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt