Force İndia komandasının rəsmi saytı Nikolya Lətifi ilə müqavilə bağlandığını təsdiq edib. Lətifi 2018-ci ildə hind komandasının ehtiyat və test pilotu olacaqdır.

22 yaşlı kanadalı Formula 2 çempionatındakı DAMS komandasının rənglərini müdafiə edirdi. O, bir yarışda qalib gəlib, doqquz podium əldə edib və ümumi birincilikdə beşinci olubdur. Force İndia komandasının tərkibində Nikolya test sessiyalarında və cümə günü keçirilən sərbəst yürüşlərdə iştirak edəcəkdir.

“Mən belə imkanı əldə etdiyim üçün çox şadam, - Lətifi bildirib. – Son illər ərzində Force İndia stabil yüksəliş nümayiş etdirib. Mən bu komandanın tərkib hissəsi olduğum üçün qürur duyuram. Force İndia komandasına nəyə qadir olduğumu göstərəcəyim anı səbirsizliklə gözləyirəm”.