Nissan şirkəti Cenevrə avtosalonunda yeni konseptual IMq krossoverini nümayiş etdirəcəkdir. Konseptin adındakı IM hərfləri Intelligent Mobility strategiyasına işarə edir. Q hərfi isə, çox güman ki, istehsalçının keçən qış Avropada patentləşdirdiyi seqmentdən xəbər verir.

Yeni konsept barədə heç bir məlumat verilməyib. Dərc edilmiş yeganə tizerdə modelin əvvəl təqdim edilmiş IMs və Imx Kuro konseptlərinin üslubunda dizayna malik olduğu görünür. Konseptin elektrik güc qurğusuna və mütərəqqi avtopilot sisteminə sahib olacağı istisna edilmir.