Nissan şirkəti Latın Amerikası ölkələrində brutal pikapa olan münasibəti öyrənmək məqsədi ilə xüsusi Frontier Attack konseptini hazırlamışdır. Konseptin yaradılması yapon istehsalçısının Rio-de-Janeyrodakı dizayn mərkəzinin mütəxəssislərinə həvalə olunmuşdur.

2015-ci ildə təqdim edilmiş Kicks konseptual krossoveri kimi, istehsalçı potensial alıcıların reaksiyasını yoxlamaq niyyətindədir. Bundan sonra, avtomobilin seriya istehsalına buraxılması barədə qərar qəbul ediləcəkdir. Hazırda konsept Buenos-Ayresdəki avtosalonda nümayiş etdirilir.

İstehsalçının mətbuat xidmətinin bildirdiyinə görə, bu pikap Frontier modelinin indiyə qədər gedə bilmədiyi yerlərə getmək üçün yaradılmışdır. Pikap 40 millimetr artırılmış klirensə və mürəkkəb landşaftı keçmək üçün yararlı olan daha iri ölçülü Yokohama şinlərinə sahib olmuşdur.

Avtomobilin kuzovu qırmızı-qara rəngə boyanmış, tündləşdirilmiş işıq texnikası və Attack yazıları ilə təchiz edilmişdir. 

Kuzovun yan tərəflərində ayaqaltılar və arxa panelində baqaj rəfi quraşdırılmışdır. Salonun tərtibatında da qara-qırmızı rənglərdən istifadə edilmişdir. Nissan Frontier Attack konseptinin mühərrik bölümündə 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,3-litrlik dizel aqreqatı yerləşdir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışır.

Konsept dayanıqlılığa elektron nəzarət sistemi daxil olmaqla standart yolsuzluq sistemləri ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt