Novitec atelyesi 11 nüsxəlik məhdud sayda tirajla buraxılacaq Lamborghini Huracan Spyder modelini təqdim etmişdir. Verde Mantis rənginə boyanmış superkar alman tünerinin hazırladığı məhsuldarlıq dəsti ilə təchiz edilmişdir. Bundan əlavə, avtomobil onu 12 santimetr geniş etmiş kuzov dəstinə də sahib olmuşdur.

Yeni məhsuldarlıq dəstinin tətbiqi nəticəsində superkarın 5,2-litrlik V10 mühərrikinin gücü 860 at qüvvəsinə, fırlanma anı isə 960 Nm-ə qədər yüksəldilmişdir. Kuzov dəstinə gəldikdə isə, avtomobil iri hava girişləri və splitteri olan yeni ön bamperə, havalandırma girişləri olan qanadlara, yan ətəklərə, diffuzor quraşdırılmış arxa bamper və antiqanada sahib olmuşdur.  Opsional olaraq aerodinamik dəsti rənglənməmiş karbondan da sifariş etmək olar ki, bu da ciddi şəkildə çəkiyə qənaət etməyə imkan verəcəkdir. Eyni zamanda, rodster öndə 20-düymlük, arxada isə 21-düymlük təkər diskləri ilə təchiz edilir.

Son olaraq isə, avtomobilin klirensi 35 millimetr azaldılır.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt