Nissan şirkəti yeni nəsil Juke krossoverinin növbəti tizerini dərc edib. Bu dəfə avtomobil yandan çəkilib. Şəkildən də göründüyü kimi, yeni Nissan Juke damda quraşdırılan spoylerı və başqa formalı arxa fənərlər sahib olub. Bundan başqa, krossover sələfinə nisbətən bir qədər iri olub. Dərc edilmiş tizerdən göründüyü kimi, yeni Juke modelinin eksteryer dizaynı son nəsil Nissan Leaf modelinin üslubunda tərtib edilibdir.

Yeni nəsil Nissan Juke CMF-8 platformasında inşa edilib və ikinci nəsil Renault Captur krossoverinin yaxın qohumu olacaqdır. Bu o deməkdir ki, krossoverin kapotunun altında 1,0 və 1,3-litrlik benzin turbomühərrikləri və 1,5-litrlik dizel aqreqatı yerləşəcəkdir. Avtomobilin mühərrik çeşidində hibrid güc qurğusunun peyda olacağı da istisna edilmir. Yeni krossoverin təqdimatı 3 sentyabr tarixində keçiriləcəkdir.