Cənubi Koreyadakı təqdimatından bir ay sonra yenilənmiş Sonata modelinin ABŞ bazarı üçün nəzərdə tutulmuş variantı Nyu-York avtosalonunda təqdim edilmişdir. Hyundai şirkətinin Alabamadakı zavodunda buraxılacaq Sonata koreyalı variantdan demək olar ki heç nə ilə fərqlənmir. Bununla belə, iki variant arasında maraqlı bir fərq vardır.

İş orasındadır ki, Cənubi Koreya üçün nəzərdə tutulmuş variant daha komfortlu asmaya malik olsa da, Şimali Amerika bazarında satılacaq Sonata idman xarakteristikaları olan asma ilə təklif ediləcəkdir. Yəni, Amerika üçün Sonata daha çox sürücüyə ünvanlanmışdır. Yenilənmiş avtomobilin sükan sonluqları 12% daha sərtdir və sükanın elektrik gücləndiricisi yeni proqram təminatına məxsus olmuşdur.

Nəticədə, sükan idarə etməsi daha təbii, onun döngələrdəki reaksiyası daha dəqiq və çevik olmalıdır.

Yenilənmiş sedan Cənubi Koreya şirkətinin son dizayn üslubunda olan radiator barmaqlıqlarına, şaquli işıqdioddan gündüz işıqlarına, daha nazik ön fənərlərə və dizaynı yenilənmiş arxa hissəyə sahib olmuşdur.

Qeyd etmək lazımdır ki, yenilənmiş sedan sələfinə nisbətən daha cazibədar görünür. Bundan başqa, avtomobil 17 və 18-düymlük yeni təkər diskləri ilə təklif ediləcəkdir. Sonata modelinin interyerində yeddi düymlük sensorlu ekranı olan, Apple CarPlay və Android Auto əlavələrini dəstıkləyən yenilənmiş multimedia sistemni və klimat-kontrolun yeni idarəetmə blokunu görmək mümkündür. Əlavə ödənişlə multimedia sisteminin 9,0-düymlük displeyini də sifariş etmək olar.

Bundan başqa, təchizat variantından asılı olaraq müxtəlif tərtibata malik olan yeni sükan çarxı da quraşdırılmışdır. Sonata modelinin Sport modifikasiyası daha aqressiv görünüşə malik olacaqdır. «İdman» modifikasiyası başqa formalı bamperlərə, iri hüceyrələri olan radiator barmaqlığı ilə seçiləcəkdir. Sonata Sport modeli xüsusi kandar lövhələrinə, dəyişdirilmiş cihazlar panelinə, «kəsilmiş» sükan çarxına və daha yaxşı dəstəyi olan oturacaqlara malik olmuşdur.

Hyundai Sonata Sport

Yenilənmiş Hyundai Sonata modelinin təchizatına smartfonların naqilsiz doldurulması sistemi və çoxsaylı təhlükəsizlik sistemləri kompeksi daxil edilmişdir.

Şimali Amerika bazarında Sonata modelinin baza variantı 188 at qüvvəli 2,4-litrlik atmosfer mühərriki və altı pilləli «avtomatla» təklif ediləcəkdir. Bundan başqa, 180 at qüvvəli 1,6-litrlik T-GDI və yeddi pilləli «robotla» təchiz olunmuş modifikasiya da olacaqdır.

Nəhayət avtomobilin top variantı gücü 248 at qüvvəsi olan 2,0-litrlik mühərrik və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt