Opel şirkəti rəsmi olaraq ralli üçün ilk elektromobil olacaq Corsa-e modeli barədə məlumatı açıqlayıb. Gələn ildən Opel və ADAC tərəfindən təşkil edilən yarışlarda çıxış edəcək ralli avtomobili adi Opel Corsa-e elektrokarının bazasında inşa edilib.

Ralli elektrokarı 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektromotor ilə təchiz edilir. Güc aqreqatı 50 kVt/saatlıq batareyadan qidalanır. 100 km/saat həddinə Corsa ralli avtomobili 8,1 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opel şirkətinin baş direktoru Maykl Loşellerin sözlərinə görə, Corsa-e «hər kəs» üçün avtomobildir. Ondan həm gündəlik həyatda, həm də idman yarışlarında istifadə etmək olar.

Gələn il 15 ədəd ralli elektrokarı istehsal etmək nəzərdə tutulub. Bu avtomobillər 2020-2021-ci ildə keçiriləcək mövsümdə iştirak edəcəkdirlər. Ralli avtomobilinin qiyməti açıqlanmasa da, istehsalçı qiymətin 50 min avrodan aşağı olacağını vəd edir.