Mercedes-Benz şirkəti Paris avtosalonunda 408 at qüvvəli Generation EQ adlı konseptual elektrik krossoverini təqdim etmişdir. Alman şirkətindən bildirildiyinə görə, elektromobilin seriya variantı 2019-cu ildə işıq üzü görməlidir. Bu krossover, Tesla Model X modelinə və Audi, Porsche və Jaguar şirkətlərinin gələcək elektrokrossoverləri ilə rəqabət aparacaqdır.

Mercedes-Benz Generation EQ prototipi ön və arxa oxda yerləşdirilmiş iki elektromotorla təchiz olunmuşdur. Elektrik aqreqatlatının ümumi gücü 300 kilovatt, fırlanma anı isə 700 Nm təşkil edir. Generation EQ konsepti 100 km/saat həddini beş saniyədən az bir vaxta toplayır.  Elektromotorlar 500 kilometr yürüş məsafəsini təmin edən 70 kilovatt-saatlıq tutumu olan litium-ion batareyalarından qidalanır. Prototip batareyaların doldurulmasının mütərəqqi qidalanma sistemi ilə təchiz edilmişdir ki, bu sistem 5 dəqiqə müddətində enerji ehtiyatını bərpa edərək elektromobili 100 kilometr yürüş məsafəsi ilə təmin edir.

Konseptdə ənənəvi şüşəsilənlərdən və qapı dəstəklərindən imtina edilmişdir ki, yan güzgüləri də kameralar əvəz edir. Bundan başqa, konsept iri panoram tavan və 21-düymlük təkər diskləri ilə təchiz edilmişdir. Əlavə olaraq, elektromobil salonun işıqdiodlarından olan işıqlanması, 21-düymlük ekranı olan rəqəmsal cihazlar paneli, iki OLED sensor paneli olan sükan çarxı ilə təchiz edilmişdir. Yan kameralardan alınan görüntülər ön qapılara quraşdırılmış monitorlara ötürülür.

Prototip HERE kartoqrafiya xidmətinin hazırladığı naviqasiya kompleksi ilə də təchiz edilmişdir. «Ağıllı» naviqatorun məlumatlarından bəhrələnən elektronika hərəkətin optimal sürətini təyin edir, həmçinin şassinin tənzimləmələrini dəyişir. Konseptin seriya variantı EQ subbrendi altında buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt