Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Azərbaycan Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

Azərbaycanda Formula 1 haqqında yeganə peşəkar sayt olan F-1.az verdiyi məlumata görə, bu il italyanlar yumşaqlığına görə 5  fərqli quru hava təkərləri istehsal edəcəklər və onlar bütün yarışlarda yalnız ağ, sarı və qırmızı rənglərlə markalanacaqlar. Şanxayda isə sürücülərin ixtiyarında orta üçlük – C2, C3 və C4 tərkibləri olacaq.

Sürücülər ənənəvi olaraq, daha yumşaq təkərlərə üstünlük veriblər – düzdür, tərkiblərin dəst sayı nəinki komandalar arasında, eləcə də komanda yoldaşları arasında dəyişir. Ağ təkərdən yalnız Rikkardo, Rəykkönen, Kvyat və Rassel iki dəst sifariş veriblər, qalan sürücülər bir dəstlə kifayətləniblər.