Alman Prior Design atelyesi Porsche Taycan elektrokarı üçün yarış avtomobillərinin aerodinamik dayağını təqlid edən enli kuzov dəstini hazırlayıb. Dəstin parçaları karbon və ya şüşəplastikdən hazırlana bilər. Elektromobilin görünüşünü 22-düymlük xüsusi sifarişlə hazırlanış təkər diskləri tamamlayır.

Prior Design atelyesinin təklif etdiyi dəstin tərkibinə təkər tağlarınının genişləndiriciləri, iri ön splitter, kəsikləri olan kapot, yan ətəklər, yeni diffuzor və iri arxa antiqanad daxildir. Tüninq keçmiş Porsche Taycan modelinin arxa tağlardakı aqressiv genişləndiricilərin hesabına arxa hissəsinin eni 100 millimetr, ön hissəsinin isə 60 millimetr daha enli olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Virtual kuzov dəstini təqdim etmək üçün 761 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu olan Taycan Turbo S top modifikasiyası seçilib. Zahiri cəhətdən Porsche Taycan modelləri praktiki olaraq o qədər fərqlənmədiyi üçün, kuzov dəstini istənilən Taycan elektrokarına quraşdırmaq olar.

Prior Design atelyesi hazırladığı tüninq dəstinin qiymətini yalnız potensial müştərilərə açıqlayacağını bildirib. Son qiymət elementlərin sayından və istifadə olunan materialdan asılı olacaqdir.