Hyundai şirkəti i30 N "qaynar" hetçbekinin yeni tizerlərini dərc edib və avtomobilin təqdimat tarixini açıqlayıb. Qaynar modellər xəttinin ilki olan hetçbek 13 iyul tarixində rəsmən təqdim ediləcəkdir.

Videoçarxların birində avtomobilin Nürburqrinqdəki final sınaqlarından görüntülər göstərilir.

Bu görütnülər N bölümünün başçısı olan Albert Birmannın açıqlamaları ilə müşayət olunur. Xatırladaq ki, Birmann əvvəllər BMW M bölümünün baş konstruktoru olmuşdur. Birmannın sözlərinə görə, "qaynar" hetçbekin hazırlanması zamanı əsas diqqət idarəetmədən həzz almağa yönəldilmişdir.

O. həmçinin Hyundai şirkətinin əsas məqsədi bir-iki dövrəlik trek avtomobili deyil, bütün günü trekdə istifadə ediləcək model yaratmaq olub.

Əvvəl də birdirildiyi kimi, i30 N modelinin testləri və onun şassisinin hazırlanması prosesi bilavasitə Nürburqrinqdə həyata keçirilib.

Qeyri-rəsmi məlumatlara görə, yeni hetçbek 260 at qüvvəli mühərrikə sahib olacaq. İlkin olaraq, avtomobil yalnız mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir. Sonradan "robotun" və tam çəkişli ötürmənin təklif ediləcəyi də istisna edilmir.

"Qaynar" hetçbekin geniş kütlə qarşısındakı təqdimatı sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.