Amerikan RENNtech atelyesi 1213 at qüvvəli Mercedes-AMG GT 63 liftbekini hazırlayıb.Superkar gücləndirilmiş podşipnikləri olan RENNtech Stage II turbokompressorlarını, aktiv buraxılış sistemini, asqının hündürlüyünün azaldılması modulunu və karbondan hazırlanmış xüsusi kuzov dəsti əldə edib.

“Bərkgedən” RIIIx liftbəki 60 mil/saat (97 km/saat) həddinə 2,44 saniyəyə sürətlənir. Təkmilləşdirmələr paketinin qiyməti 95 min dollardır.

RENNtech atelyesi Mercedes-Benz markası ilə sıx bağlıdır. Amerikan tüninq atelyesi 30 ildən artıqdır ki, bu markanın avtomobilləri tüninq edir və bu məsələdə özünəməxsusluğa çatmaq üzrədir. 1992-ci ilin istehsalı olan Mercedes-Benz 600 SEL sedanını dəbdəbəli və sürətli restomoda, Mercedes-AMG GT 63 liftbəkini isə 1213 at qüvvəli katapulta çevirmək tüner üçün problem deyil.

Liftbək belə gücü 100 oktanı olan benzinlə əldə edir, lakin Super (Aİ-98) yanacağını doldurarkən belə, o, Brabus 930 hibridindən daha çox –  978 at qüvvəsi hasil edir.

Məhdud tirajlı RIIIx modelinin sirri yırğalanmaya qarşı aşağı müqavimətinə malik olan gücləndirilmiş podşipniklərlə təchiz edilmiş RENNtech Stage II turbokompressorlarındadır. Bundan başqa, liftbək karbondan girişə, yüksək təzyiqli yanacaq nasoslarına, 200 hüceyrəli katalizatoru olan paslanmayan poladdan daunpaypa, xüsusi səsboğuculara və buraxılış sisteminin aktiv klapanına malikdir.

Əlavə olaraq, RENNtech mühərrik və transmissiyanın bloklarını yenidən proqramlaşdırıb, nəticədə 60 mil/saata (97 km/saat) sürətlənmə 2,44 saniyə çəkir və 10 saniyəyə çatdırdı. Belə göstəricilərə görə, RIIIx McLaren 720S ilə rəqabət apara bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

RIIIx yolda saxlamaq asan iş deyil, ona görə də RENNtech pnevmatik asqının endirmə modulunu, funksional A1 Aero kuzov dəstini və tənzimlənən arxa antiqanadı əlavə edib. Ön tərəfdə Michelin Pilot Sport 4S şinləritaxılmış 21 düymlük RENNtech RPS monoblokları, arxada isə 22 düymlük disklər quraşdırılır.

Bütün bu əzəmətin qiyməti, orijinal liftbəkin dəyərini nəzərə almasaq, 95 min dollardır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.