Adətən bir çoxları növbəti nəsil Rolls-Royce modellərinin dizaynının hansı istiqamətdə inkişaf edəcəyi barədə düşünürlər. Əlbəttə, böyük tarixə malik olan bu möhtəşəm Britaniya markasının yaxın gələcəkdə hansı formalara malik olacağını bildiklərini hesab edənlər də vardır.

Bu insanlar Vladimir Pançenko, Artyom Smirnov və Sergey Dvornitskidirlər. Bu üç dizayner, Britaniya markasına xas olan cizgiləri qoruyub-saxlamaqla tamamilə yeni dizayna malik olan Rolls-Royce Wraith kupesinin modelinin layihəsini təqdim etmişdirlər. Qeyd etmək lazımdır ki, hər üç dizayner layihənin müxtəlif hissəsələrinə cavab olmuşdurlar. Eskizlərin arasında Dubay polisinin rənglərini daşıyan avtomobilləri də görmək mümkündür. ki, bu şəkillərdə avtomobil daha real görünüşə malikdir. Xatırlatmaq istərdik ki, artıq Dubay polisinin sərəncamında bir Rolls-Royce Phantom avtomobili vardır. Digər tərəfdən polis rəngləri olmadan da kupenin idman görünüşünə malik olduğu görünməkdədir.

Eyni zamanda, kiçik ölçülərinə rəğmən avtomobilin radiator barmaqlığı və tanış formalı arxa fənərləri qarşımızda məhz Rolls-Royce avtomobilinin durduğunu göstərir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt