Avropada qüvvəyə minən yeni ekoloji standartlar daha bir əfsanəvi avtomobilin sonunu gətirib. Bu dəfə Britaniyanın Caterham şirkəti özünün ən güclü sportkarının - Seven 485 modelinin istehsalını dayandırmaq qərarına gəlib. 10 il bundan əvvəl debüt etmiş ən güclü sportkar Avropa bazarını birdəfəlik tərk edir. Avtomobilin eksklüziv eksteryer və interyer dekoruna malik olan “vida” versiyası kiçik saylı tirajla buraxılacaq.

Bütün avtomobillərdə alkantara və Final Edition tikişləri olan qara dəri ilə üzlənmiş Sports Hex Black oturacaqları və avtomobilin unikal nömrəsi olan karbondan cihazlar paneli quraşdırılıb. Sportkarın kuzovu isə, qara atlas zolaqlar və nişanlar ilə seçilir.

485 CSR versiyası 15-düymlük Vulcan disklərini, 485 versiyası isə, 13-düymlük Black Apollo disklərini əldə edib. Texniki cəhətdən sportkarlar eynidir. Kapotun altında 225 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edən 2,0-litrlik Ford Duratec atmosfer mühərriki durur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik 5-pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. Ötürmə - arxa oxadır. Ümumilikdə, “vida” versiyasında olan 85 sportkar buraxılacaq. Onlardan 60 ədədi 485 Final Edition versiyasında, 25 ədədi isə, 485 CSR Final Edition versiyasında olacaq. Final Edition seriyasından olan sportkarın qiyməti 67 495 avrodan başlayır. Yaponiya üçün isə, 10 ədəd Seven 480 Final Edition sportkarı inşa ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.